Lvovda azərbaycanlılar üçün səyyar qida məntəqələri yaradılıb

Lvovda azərbaycanlılar üçün səyyar qida məntəqələri yaradılıb
# 04 mart 2022 19:38 (UTC +04:00)

Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna-Polşa sərhədinə yola salınır.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR