Niderlandda Kəlbəcərdə həlak olan jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb

Niderlandda Kəlbəcərdə həlak olan jurnalistlərin xatirəsinə buraxılan beynəlxalq poçt markası

© APA | Niderlandda Kəlbəcərdə həlak olan jurnalistlərin xatirəsinə buraxılan beynəlxalq poçt markası

# 11 iyun 2021 12:51 (UTC +04:00)

Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışına və mina xəritələrini təhvil verməməklə regionda sülhə-sabitliyə mane olmasına cəlb etməkdir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR