Niderlandda Şuşaya həsr olunmuş poçt markaları buraxılıb

Niderlandda Şuşaya həsr olunmuş poçt markaları buraxılıb
# 14 may 2022 17:33 (UTC +04:00)

Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərindəmarkanın üzərində Şuşa qalası ilə “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub.

Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarı bülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", "Covdət Hacıyev", “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR