Pənahəli xanın varisi Şuşaya gedəcək

Pənahəli xanın varisi Şuşaya gedəcək
# 28 iyul 2022 12:25 (UTC +04:00)

Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov yay düşərgəsində iştirak etmək üçün vətənə gəlib.

“Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Şuşa şəhərində təşkil ediləcək. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR