Rusiya Azərbaycanlı Gənclər Birliyinin Qış Ekoməktəbinin açılışı olub - FOTO

Rusiya Azərbaycanlı Gənclər Birliyinin Qış Ekoməktəbinin açılışı olub - FOTO
# 09 fevral 2022 13:21 (UTC +04:00)

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fevralın 7-dən 10-dək Tver vilayətinin Konakovo şəhərində keçirilən Qış Eko-məktəbinin rəsmi açılışı olub.

APA-nın Rusiya bürosunun məlumatına görə, AMOR-un QışEkoməktəbinin tərəfdaşları kimi V.İ. Vernadski adına Fond, Rusiya Gənclər və Uşaq Assosiasiyaları Milli Şurası və Moskva Dövlət Beynəlxlaq Münasibətlər İnstitutunun Dayanıqlı İnkişaf Mərkəzi çıxış ediblər.

“Molodaya Qvardiya”, Gənclər Parlamenti, Skolkovo İnnovasiya Mərkəzi, Moskva vilayətinin könüllüləri kimi Rusiyanın müxtəlif universitetlərini, ekologiya, gənclər və könüllü təşkilatlarını təmsil edən 100-dən çox gəncdir AMOR-un Qış məktəbində iştirak edib.

Tədbir çərçivəsində keçirilən panel iclası AMOR-un məsul katibi Ceyhun Hüseynov açaraq, təşkilatın rəhbəri Leyla Əliyevanın adından Qış məktəbinin iştirakçılara xoş arzularını çatdırıb. Daha sonra YUNESKO-nun mədəniyyət və təhsil sahəsində eksperti, V.İ.Vernadski Fondunun icraçı direktorunun müavini “Yeni ekolayihələr. Gənclərin yaradıcılığı”, eləcə də digər natiqlər ətraf mühitin qorunması və keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ekoloji layihələrin əhəmiyyətindən danışıblar.

Qış Məktəbin iştirakçıları üçün ustad dərsləri və təlimlər təşkil olunub, burada onlar ekoloji terminologiya ilə tanış olub, uğurlu biznes keyslərini nəzərdən keçiriblər.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR