Rusiyada AMOR-un qış eko-məktəbinin açılışı olub - FOTO

Rusiyada AMOR-un qış eko-məktəbinin açılışı olub - FOTO
# 03 fevral 2023 12:23 (UTC +04:00)

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fevralın 2-dən 5-dək Kaluqa vilayətində keçirilən qış eko-məktəbinin rəsmi açılışı olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, layihənin tərəfdaşları qismində Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası, Moskva şəhərinin Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsi Departamenti və Ecowiki.ru platforması iştirak edir.

AMOR-un qış məktəbinin iştirakçıları Rusiyanın müxtəlif universitetlərini, “Molodaya Qvardiya”, Gənclər Parlamenti, Skolkovo İnnovasiya Mərkəzi, Moskva vilayətinin könüllüləri kimi ekologiya, gənclər və könüllü təşkilatlarını təmsil edən 100-dən çox gəncdir.

Qış eko-məktəbi çərçivəsində iştirakçılar üçün ustad dərsləri və təlimlər təşkil olunacaq, gənclər ekoloji terminologiya ilə tanış ola və uğurlu biznes işlərini nəzərdən keçirə biləcəklər.

Məktəbin panel sessiyasının açılışını edən AMOR sədri Ceyhun Hüseynov təşkilatın fəxri sədri Leyla Əliyevanın iştirakçılara xoş arzularını çatdırıb.

Daha sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin Geoekologiya və Ətraf Mühitin Davamlı İdarə Edilməsi Laboratoriyasının müdiri Nataliya Ryazanova “Gənclərin ekoloji təşəbbüslərinin həyata keçirilməsi: layihə yanaşması və sosial məsuliyyət” mövzusunda çıxış edib.

Paneldə çıxış edən digər natiqlər ətraf mühitin keyfiyyətinin qorunması və yaxşılaşdırılmasına yönəlmiş ekoloji layihələrin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, üç günlük təlimin sonunda məktəb iştirakçılarına “Gənclərin ekoloji təşəbbüslərinin həyata keçirilməsi” mövzusunda ixtisasartırma sertifikatları təqdim olunacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR