Rusiyadakı azərbaycanlı tələbələr AMOR təqaüdünə layiq görülüb

Rusiyadakı azərbaycanlı tələbələr AMOR təqaüdünə layiq görülüb
# 13 sentyabr 2022 17:28 (UTC +04:00)

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən AMOR-un “AMOR əlaçısı təqaüdü” müsabiqəsinin qalibləri siyahısına 15 tələbə daxil edilib.

Bu barədə APA-nın Moskva müxbirinə AMOR-dan bildirilib.

Qeyd olunub ki, artıq dördüncü ildir ki, AMOR Rusiya Federasiyasının ali məktəblərində təhsil alan tələbələrə maliyyə dəstəyi verir. Müsabiqə çərçivəsində 2019-cu ildə 13 tələbə, 2020-ci ildə 18 tələbə, 2021-ci ildə 15 tələbə, 2022-ci ildə 15 tələbə AMOR-un təqaüdünə layiq görülüb.

Müsabiqədə Rusiya Federasiyasının ali məktəblərinin bütün əyani şöbələri, bakalavr və ya magistratura pillələrində təhsil alan, bütün qiymətləri əla olan azərbaycanlı tələbələr iştirak edə bilər.

AMOR-un bu layihəsi fərqlənən tələbələrə hərtərəfli dəstək vermək və gənclərin mükəmməl təhsilə marağını stimullaşdırmaq məqsədi ilə hər il həyata keçirilir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR