Rusiyanın Kaluqa vilayətində yaşayan azərbaycanlıların sayı açıqlanıb

Rusiyanın Kaluqa vilayətində yaşayan azərbaycanlıların sayı açıqlanıb
# 03 fevral 2023 14:18 (UTC +04:00)

Rusiyanın Kaluqa vilayətində 4 min nəfərə yaxın azərbaycanlı yaşayır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kaluqa vilayət administrasiyasının şöbə müdiri Valeri Zavyalkin Rusiya Azərbaycanlı Gənclər Birliyinin Kaluqada keçirilən ikinci qış eko-məktəbinin açılışında bildirib.

Onun sözlərinə görə, ötən il Kaluqa vilayətinin əhalisinin siyahıya alınması aparılıb. Administrasiya rəsmisi qeyd edib ki, vilayətinin əhalisinin siyahıya alınması aparılan zaman 3810 nəfər Kaluqa sakini milliyyətini azərbaycanlı kimi təqdim edib.

O, bu göstəricinin Kaluqanın Rusiya vətəndaşı olan azərbaycanlılara aid olduğunu söyləyib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR