Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

Odessa

© APA | Odessa

# 01 mart 2022 17:52 (UTC +04:00)

Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir.

Bu barədə APA-ya Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur: “Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”.

Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib.

O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR