Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək

Şuşa

© APA | Şuşa

Foto al #
# 20 iyun 2022 11:12 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək.

Dövlət Komitəsindən APa-ya verilən xəbərə görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini bu yay düşərgəsində iştirak edə bilərlər.

Düşərgənin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Gənclər ilk növbədə Tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil edilmiş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur, iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.

Düşərgədə iştirak etmək üçün gənclər 28 iyun 2022-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR