Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə rəsm müsabiqəsi keçirilib - FOTO

Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə rəsm müsabiqəsi keçirilib - FOTO
# 25 fevral 2023 14:41 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə rəsm müsabiqəsi keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, “Xocalı uşaqların gözü ilə” adlı müsabiqə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. 200-dən çox rəsm əsərinin təqdim edildiyi müsabiqədə əsasən Marneuli, Bolnisi, Dmanisi və Qardabanidəki azərbaycandilli məktəblərin şagirdləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev müsabiqənin yekunları ilə bağlı çıxışında müsabiqədə iştirak edən məktəblərin müəllimlərinə və şagirdlərinə təşəkkür edib.

“Dost gürcü qardaşlarımızla birgə fəaliyyətimiz Xocalıya aid sənədlərin Gürcüstanın aidiyyəti qurumları tərəfindən tanınmasıdır. Çünki Gürcüstan da bənzər qətliamla üzləşib”, - deyə səfir bildirib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR