Türkiyə paytaxtında Azərbaycan milli mətbəxi təqdim olunub

Türkiyə paytaxtında Azərbaycan milli mətbəxi təqdim olunub
# 05 mart 2019 02:51 (UTC +04:00)

Ankarada “Azərbaycan milli mətbəxi günləri”inin açılışı olub.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, Azərbaycanın Ankaradakı səfirliyi və “Buta Bakı” kafesinin dəstəyi ilə 4-9 mart tarixlərində keçiriləcək festivalda Azərbaycanın bütün bölgələrinə aid yemək nümunələri təqdim olunacaq.

Açılış mərasimində Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay, parlamentin keçmiş sədri Cəmil Çiçək, xarici işlər nazirliyinin yüksək vəzifəli təmsilçiləri, Ankaradakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində iştirak edən qonaqlara cənub bölgəsinə aid ləvəngi, Tovuzun quzu qovurması, Bakının gürzə yeməyi, Gəncə dovğası, eləcə də balıq sırdağı, toyuq çığırtması, turşulu quzu qovurması, əcəb səndəl kimi məhşur yeməklərimiz təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR