Vətən müharibəsi dövründə Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə 3,3 milyon manat maddi dəstək göstərib

Vətən müharibəsi dövründə Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə 3,3 milyon manat maddi dəstək göstərib
# 23 aprel 2022 13:06 (UTC +04:00)

Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsi dövründə şəhid ailələri və qazilərə, Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də Komitənin koordinasiyası ilə birbaşa yardımlar edib. 44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə 3 milyon 304 min 214 manat məbləğində maddi dəstək göstərib.

APA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında bildirib.

Fuad Muradovun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə “YAŞAT” Fonduna pul köçürmələri, qazilərimizə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi yardım göstərmələri üçün Azərbaycan diasporuna, ümumilikdə xaricdə yaşayan azərbaycanlılara çağırış edib: “Bu mühüm çağırış nəticəsində Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə 2021-ci il 29 aprel-31 may tarixində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşayiət olunan “YAŞAT” Xeyriyyə Marafonu baş tutub, marafon 7 saata yaxın müddətdə Azərbaycan Televiziyası ilə videoyazı formatında nümayiş olunub və nəticələr ictimaiyyətə açıqlanıb. “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi müharibədə yaralananlara və şəhidlərimizin ailələrinə dəstək üçün dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub. Xeyriyyə marafonunda “YAŞAT” Fonduna 1 milyon manatdan artıq vəsait köçürülüb”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR