Xarkovda yaşayan azərbaycanlı: “Tələbələrimiz təxliyə olunmaq istəyir”

Xarkovda yaşayan azərbaycanlı: “Tələbələrimiz təxliyə olunmaq istəyir”
# 24 fevral 2022 21:28 (UTC +04:00)

“Hazrda Xarkov şəhərində intensiv bomba səsləri eşidilir”.

Bunu APA-ya açıqlamasında Ukraynanın Xarkov şəhərində yaşayan azərbaycanlı Kamil Babayev deyib.

O, bildirib ki, yerli xalq və əcnəbilər sığınacaq kimi metrostansiyalara toplanıb: "Şəhərdə təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılsa da insanlarda qorxu, həyəcan, təlaş hiss olunur. Marketlərdə ərzaq və su çatışmazlığı var. Yerli əhalinin çoxu ölkəni tərk etməyə çalışsa da Ukrayna Ordusu sona qədər əks hücumlarla xalqın müdafiəsini təmin edir”.

K.Babayev bildirib ki, daha çox yardıma ehtiyacı olanların təxliyəsi məcburidir: "Hazırda ərzaq və yanacaq çatışmazlığı var. Xarkov şəhərində bankomatlarda pul qalmayıb. Bildiyiniz kimi, Xarkovda çox sayda azərbaycanlı yaşayır. Tələbələrimizin böyük hissəsi təxliyə olunmaq istəyir. Mən bir neçə dəfə səfirlik və diasporun verdiyi qaynar xətt nömrələri ilə əlaqə saxlamağa çalışsam da bu mümkün olmayıb. Köməyə ehtiyacı olan həmvətənlərimiz çoxdur. Həm ərzaq çatışmazlığı, həm də təxliyə ilə bağlı dövlətimiz ən qısa zamanda hərəkətə keçəcəyinə ümid edirik. Ən azından tələbə və yaşlı vətəndaşlarımızın təxliyəsini təşkil etsinlər. Avropa İttifaqı artıq bəzi yolları xarici vətəndaşlar üçün açıb. Dövlətimizin bir yolla burda olan azərbaycanlılara yardım etməyini xahiş edirik. Dövlət qurumlarına təxliyə etmək istədiyi vətəndaşları tapmaqda kömək edə bilərəm”,- deyə azərbaycanlı tələbə qeyd edib.

K.Babayevin sözlərinə görə, Xarkov bölgəsi üzrə xəsarət alan və yaxud ölən azərbaycanlılar barədə heç bir məlumat yoxdur.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR