Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri xaricdəki azərbaycanlılara müraciət edib

 Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri xaricdəki azərbaycanlılara müraciət edib
# 25 aprel 2018 14:58 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov sosial şəbəkə vasitəsilə dünyada yaşayan azərbaycanlılara müraciət edib. APA-nın məlumatına görə, müraciətdə bildirilir:

“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi. Mən əminəm ki, sizin hər birinizin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimizlə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, F. Muradov aprelin 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə komitəyə sədr təyin olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR