Almaniyada Heydər Əliyevin 95 illiyinə həsr olunan beynəlxalq boks gecəsi keçiriləcək

Almaniyada Heydər Əliyevin 95 illiyinə həsr olunan beynəlxalq boks gecəsi keçiriləcək
# 28 aprel 2018 09:51 (UTC +04:00)

Almaniyanın Magdeburq şəhərində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq peşəkar boks gecəsi keçiriləcək. Alman-Azərbaycan mədəniyyəti Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Yaşar Niftəliyev APA-ya bildirib ki, mayın 5-də təşkil olunacaq boks gecəsində Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, Gürcüstan və Çexiyadan idmançılar qatılacaq.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə keçirilən gecəyə 22 idmançı qatılacaq”-deyə, Y. Niftəliyev bildirib.

Qeyd edək ki, Alman-Azərbaycan mədəniyyəti Cəmiyyəti tərəfindən beynəlxalq boks gecəsi 2007-ci ildən ənənəvi olaraq keçirilir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR