Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
# 07 may 2018 15:03 (UTC +04:00)

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, millət vəkilləri, diaspora nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, Heydər Əliyevin rəhbərliyi altında diaspor quruculuğunda çox ciddi addımlar atılıb: "1969-cu ildən 1982-ci ilə kimi Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda minlərlə gənc xarici ölkələrdə təhsil alıb. Ulu öndər cəmiyyətdə sülh, əmin-amanlığın olmasına xüsusi diqqət yetirib. 1991-ci ilin dekabr 6-da Naxçıvan Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda 31 dekabrın - Dünya azərbaycanlılarının həmrəylik günü kimi elan olunması qərara alınıb. Həmin bayram indiyə kimi qeyd olunur".

F. Muradov bildirib ki, Azərbaycan diaspor nümayəndələri Azərbaycanın ərazi bütovlüyü ilə bağlı ermənilərə tutarlı cavab verə bilirlər.

Millət vəkili Eldar İbrahimov qeyd edib ki, Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan Sovet İttifaqında inkişaf etmiş bir ölkəyə çevrilib: "Heydər Əliyev sovet vaxtı Azərbaycan dilinə dövlət dili statusu verilməsinə nail oldu. Azərbaycan sürətlə inkişaf etməyə başladı. 90-cı illərin əvvəllərində ölkədə baş verənlər hamıya yaxşı bəllidir. O vaxt hakimiyyətdə olanlara Naxçıvanın taleyi maraqlı deyildi. Həmin dövrdə isə Naxçıvanda hakimiyyətdə Heydər Əliyev idi. Məhz onun hakimiyyətdə olması nəticəsində ermənilər Naxçıvanı işğal edə bilmədilər".

Millət vəkili Arif Rəhimzadə Heydər Əliyevin Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiyini vurğulayıb.

Tədbir çıxışlarla başa çatıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR