Fransanın tanınmış ictimai xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib

Fransanın tanınmış ictimai xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib
# 01 may 2018 16:47 (UTC +04:00)

Fransanın tanınmış ictimai xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) baş katibi, Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresi (AAK) İdarə heyətinin üzvü Mirvari Fətəliyeva APA-ya bildirib ki, nümayəndə heyətinə ADA prezidenti Jan Fransua Mansel, Kolmar şəhərinin meri Jilbert Meyer, fransız incəsənət xadimi Rosella Mangeruca, ADA İdarə heyətinin üzvü, iş adamı Daniel Russo və digər şəxslər daxildir.

Otuz nəfərdən ibarət nümayəndə heyətinin səfərini ADA təşkil edib. Səfər “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində baş tutub. Mayın 8-dək davam edəcək səfərdə nümayəndə heyəti Azərbaycanın turizm potensialı, mədəniyyət ocaqları ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəklər.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR