Ukraynada azərbaycanlı iş adamı döyülüb

Ukraynada azərbaycanlı iş adamı döyülüb
# 27 iyul 2018 09:11 (UTC +04:00)

Ukraynada əslən Azərbaycanın Lənkəran şəhərindən olan 1966-cı il təvəllüdlü Salayev Xanbaba Baloğlan oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, hadisə Xarkov vilayətinin Kiyevski rayonunda baş verib.

X. Salayevə ağır bədən xəsarətləri yetirilib.


Kiçik sahibkarlıqla məşğul olan azərbaycanlıya hücum edənlərin kimliyi məlum deyil. X. Salayevin vəziyyəti ağırdır, o, rayondakı xəstəxanaların birinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR