AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb
# 27 dekabr 2022 12:26 (UTC +04:00)

AMADA (Azərbaycan Milli Antidopinq Agentliyi) 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib.

Apasport.az-ın xəbərinə görə, AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, 2022-ci ildə idmançılardan ümumilikdə 1456 test götürülüb. Bunlardan 770-i yarış müddətində, 686-sı yarışdan kənar müddətdə reallaşıb.

Bu il 7 Antidopinq Qayda Pozuntusu üzrə boksla ağırlıqqaldırmada 2, güləş, karate və kikboksinqdə 1 sanksiya olub.

Milli test proqramına bu il 2 idman növü əlavə olunub. Bunlar kikboksinq və futzaldır.

AMADA-nın Təhqiqat şöbəsi bu il 382 məsələ haqqında araşdırma aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR