AMADA-nın direktoru Avropa Şurasının Antidopinq Monitorinq Qrupuna rəhbərlik edib

Şəfəq Hüseynli

© APA | Şəfəq Hüseynli

# 21 yanvar 2022 15:35 (UTC +04:00)

Beynəlxalq müstəvidə antidopinq prosesində aktiv iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu istiqamətdə öz töhfələrini verməkdə davam edir.

AMADA-dan apasport.az saytına verilən məlumat görə, qurumun direktoru Şəfəq Hüseynli antidopinq tarixində ilk dəfə dövlətlərin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun Monitorinq Qrupuna rəhbərlik edib.

Dövlətlərin yerli qanunvericiliyinin və fəaliyyətinin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun yoxlanılması çərçivəsində Niderland dövlətində monitorinq həyata keçirilib. Azərbaycan nümayəndəsi, AMADA-nın direktoru Şəfəq Hüseynlinin rəhbərlik etdiyi monitorinqin nəticələri Avropa Şurası tərəfindən təsdiqlənib.

Ötən ilin sentyabr ayında Niderland ölkəsinin Konvensiyaya uyğunluğunu yoxlamaq məqsədilə Avropa Şurası tərəfindən 7 nəfərdən ibarət qiymətləndirmə qrupu yaradılıb. AMADA-nın direktoru Şəfəq Hüseynlinin rəhbərlik etdiyi qrupda Avropa Şurasının İdman Konvensiyalarının rəhbəri Sofye Kvasni, Avropa Şurasının baş mütəxəssisi Lyene Kozlovska, Fransanın antidopinq təşkilatının baş hüquqşünası Floriane Cavel, Polşa antidopinq təşkilatının direktor müavini Hubert Dziujik, Estoniyanın Mədəniyyət Nazirliyinin baş müşaviri Kaarel Nestor və Böyük Britaniyadan olan mütəxəssis və məruzəçi Qraham Artur təmsil olunub. Monitorinq Qrupu Niderlanda qiymətləndirmə səfəri etmiş, bu ölkənin İdman Nazirliyi, milli antidopinq təşkilatı, Milli Olimpiya Komitəsi, hüquq mühafizə orqanları, milli federasiyalar və idman mübahisələrinin həlli üzrə yaradılmış xüsusi qurumla ikitərəfli görüşlər keçirmiş, onların dopinqlə mübarizə sahəsində fəaliyyətinin Antidopinq Konvensiyasına və Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluğu yoxlanılıb və səfərin nəticəsi olaraq bir sıra istiqamətlərdə Niderland dövlətinə tövsiyələr verilib.

Ötəni ilin dekabrın 14 də isə AMADA-nın direktoru Şəfəq Hüseynli Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun 54-cü iclasında rəhbərlik etdiyi monitorinq barədə yekun qiymətləndirmə hesabatı ilə çıxış edib. Daha sonra hesabat münasibət bildirilməsi üçün üzv ölkələrə təqdim edilib və bütün ölkələr tərəfindən təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR