Avstraliya Federal Məhkəməsi Novak Djokoviçin vizasını ləğv edib

Novak Djokovic

© APA | Novak Djokovic

# 16 yanvar 2022 11:07 (UTC +04:00)

Avstraliya Federal Məhkəməsi hazırda dünyada bir nömrəli tennisçi olan Novak Djokoviçin apellyasiya şikayətini rədd edib və onun vizası ləğv olunub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə Novak Djokoviç yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunmadığı üçün belə qərar verib.

Tennisçinin yaxın saatlarda ölkədən deportasiya ediləcəyi gözlənilir. Tennisçi 3 il müddətində Avstraliyaya səfər üçün viza ala bilməz.

Beləliklə, Novak Djokoviç Avstraliya Açıq Çempionatında iştirak edə bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR