Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO
# 24 dekabr 2022 16:08 (UTC +04:00)

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) növbəti layihəni gerçəkləşdirib.

APA xəbər verir ki, Federasiya Bakıda - Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb. Bununla əlaqədar Bakı bulvarı ərazisində avarçəkənlərin nümunəvi çıxışları və tədbir təşkil olunub.

Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən Fərid Qayıbov Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2022-ci ildəki fəaliyyətindən danışıb. Xüsusən işğaldan azad edilən Suqovuşanda keçirilən “Prezident Kuboku” və “Mingəçevir Reqatası” turnirlərini yüksək qiymətləndirən nazir federasiyaya gələcək fəaliyyətində uğur arzu edib.

Daha sonra dəniz avarçəkməsi üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Diana Dımçenko, müxtəlif beynəlxalq turnirlərin qalibi Ziya
Məmmədzadə, eyni zamanda yığma komandanın digər üzvlərinin dəniz avarçəkməsi, akademik avarçəkmə, kayak və kanoe, həmçinin turistlər üçün
nəzərdə tutulan qayıqlarda nümunəvi çıxışları baş tutub. İdmançıların çıxışları paytaxt sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb.

Avarçəkməni Bakıda, Xəzər dənizində bərpa etməyin əsas səbəblərindən biri də bu idman növünü paytaxtda yaşayan yeniyetmə və gənclər üçün əlçatan etmək,
kütləviliyin təmininə nail olmaq, inkişaf etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR