Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti dəyişib

Vüqar Əhmədov

© APA | Vüqar Əhmədov

# 22 dekabr 2021 16:05 (UTC +04:00)

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra AMAF-ın İdarə Heyətinə yeni seçki keçirilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov federasiyanın yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib. Qeyd edib ki, idman həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insan sağlamlığının təmin edilməsində xüsusi rol oynayır. Federasiya prezidenti bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, Əhmədov bu postda Elçin Zeynalovu əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR