Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO
# 25 sentyabr 2022 22:01 (UTC +04:00)

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub/

APA xəbər verir ki, atıcımız Ruslan Lunyov Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Lapua Avropa Kubokunun finalında qalib gəlib. Azərbaycanlı atıcı 25 metr məsafəyə standart tapançadan atəş üzrə qızıl, odlu silahdan atəş üzrə gümüş medal qazanıb.

Lapua Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və Avropanın qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır. Kubok il ərzində keçirilən 4 təsnifat mərhələsindən ibarətdir. Ruslan Lunyov iyul ayında Estoniyanın paytaxtı Tallində keçirilən üçüncü təsnifat mərhələsində iki gümüş və bir qızıl medal qazanmışdır.

Qeyd edək ki, Lunyov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitan rütbəsində xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR