Bakıda keçiriləcək Dünya kubokunun tarixi açıqlanıb

Bakıda keçiriləcək Dünya kubokunun tarixi açıqlanıb
# 10 yanvar 2022 12:48 (UTC +04:00)

2022-ci ildə keçiriləcək güllə və stend atıcılığı üzrə yarışların tam təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Dünya kubokunun Azərbaycanda keçiriləcək mərhələ yarışının vaxtı da dəqiqləşib.

Bakıda təşkil olunacaq tüfəng, tapança və stend atıcılığı üzrə Dünya kubokuna mayın 27-də start veriləcək. Yarış iyunun 9-dək davam edəcək.

Qeyd edək ki, 2020-ci ildə Bakıdakı yarış koronavirus pandemiyası üzündən ləğv olunub. Ötən il isə ölkəmiz eyni səbəbdən təqvimə daxil edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR