Çövkən üzrə “Şuşa Kuboku” turniri başlayıb

Çövkən üzrə “Şuşa Kuboku” turniri başlayıb
# 02 avqust 2022 19:01 (UTC +04:00)

1 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə “Şuşa Kuboku” turnirinə start verilib.

Federasiyadan APA-ya verilən məlumata görə, 6 komandanın iştirakı ilə təşkil olunacaq yarışlarda ümumilikdə 10 oyun keçiriləcək.

Təşkil olunmuş püşkatmanın nəticələrinə əsasən 3 güc səbətindən eyni reytinqə sahib olan komandalar iki qrupa bölünmüşdür. A Qrupunda “Sərhədçi Dilbaz”, “Sərhədçi Qarabağ” və “Polad” komandaları, B Qrupunda isə “Köhlən”, “Omar” və “Buta Qolden” komandaları yer alıb.

Kubokun açılış gününün ilk oyununda “Sərhədçi Dilbaz” komandası rəqibi “Sərhədçi Qarabağ” komandası üzərində 3-2 hesablı qalibiyyət əldə edib.

İkinci görüş isə “Omar” komandasının “Köhlən” komandası qarşısında 3-0 məğlubiyyəti ilə nəticələnib.

Xatırladaq ki, turnir 01, 02, 03 avqust 2022 -ci il tarixlərdə qrup oyunları, 04 avqust 2022 -ci il tarixdə yarımfinal, 06 avqust 2022 -ci il tarixdə isə final mərhələləri ilə davam edəcəkdir. Qrup, yarımfinal və final oyunları Binə Atçılıq Mərkəzi ərazisində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR