Ferstappen 2023 mövsümünün ilk Qran Prisini qazanıb

Ferstappen 2023 mövsümünün ilk Qran Prisini qazanıb
# 05 mart 2023 22:39 (UTC +04:00)

Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen bazar günü Formula 1 üzrə 2023-cü il dünya çempionatının ilk turu olan Bəhreyn Qran Prisinin qalibi olub.

Bu barədə APA beynəlxalq KİV-ə istinadən xəbər verir.

İkinci yeri “Red Bull”un digər yarışçısı - meksikalı Serxio Peres tutub, ilk üçlüyü Aston Martin komandasından ispan Fernando Alonso tamamlayıb.

"Formula-1" 2022-ci il mövsümünün vitse-çempionu, “Ferrari” pilotu monaqkolu Çarlz Lekler bolidindəki texniki nasazlıq səbəbindən 41-ci dövrədə yarışı vaxtından əvvəl başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR