Formula-1: Ferstappen ilk dəfə dünya çempionu olub, “Mercedes” pilotlarının hegemonluğuna son qoyulub

Formula-1:  Ferstappen ilk dəfə dünya çempionu olub, “Mercedes” pilotlarının hegemonluğuna son qoyulub
# 12 dekabr 2021 19:11 (UTC +04:00)

“Formula-1”də 2021-ci il mövsümünün çempionu bəlli olub.

Apasport.az saytının məlumatına görə, titula Maks Ferstappen yiyələnib.

“Red Bull”un niderlandlı pilotu karyerasında ilk dəfə “Formula-1”in çempionu adını qazanıb. 24 yaşlı idmançı Abu-Dabi Qran-Prisindəki qələbə ilə 1-ci yerin sahibi olub – 395,5 xal. 2-ci olan Lüis Hamilton mövsümü də eyni pillədə bitirib – 387,5 xal. Onun “Mercedes”dəki komanda yoldaşı Valtteri Bottas 3-cü yeri tutub – 230 xal.

Bununla da Maks “Mercedes” pilotlarının hegemonluğuna son qoyub. 2013-cü ildən sonra ilk dəfə “Red Bull” təmsilçisi qalib olub.

Qeyd edək ki, mühəndislər kubokunda “Mercedes” qalib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR