“Land of Fire” komandası İsveçrədə polo üzrə dünya kubokunda iştirak edir - FOTO

“Land of Fire” komandası İsveçrədə polo üzrə dünya kubokunda iştirak edir - FOTO
# 27 yanvar 2023 09:02 (UTC +04:00)

İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kubokuna start verilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinfən APA-ya verilən xəbərə görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycan Respublikası “Land of Fire” komandası tərəfindən təmsil edilir.

Yanvarın 26-da yarışqabağı keçirilmiş yoldaşlıq oyununda təmsilçilərimiz Amerika Birləşmiş Ştatlarının “World Polo League” kollektivi ilə qarşılaşıb.

Yanvarın 27-dən start götürəcək çempionatda komandamız ilk mübarizəsini “Flexjet” kollektivi ilə aparacaq.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizin tarixi və mədəniyyəti təqdim olunur.

Azərbaycan guşəsində xalqımızın milli mətbəxinin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş etdirilir.

Turnir yanvarın 29-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR