Yaxın bir ay ərzində Qoran Lenmarkerin bölgəyə səfərinin tarixi müəyyənləşəcək

Yaxın bir ay ərzində Qoran Lenmarkerin bölgəyə səfərinin tarixi müəyyənləşəcək
# 26 dekabr 2006 10:06 (UTC +04:00)
“ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker qurumun prezidenti seçilməsinə baxmayaraq, məruzəçi kimi fəaliyyətini davam etdirəcək. Onun münaqişə bölgəsinə səfəri nəzərdə tutulub və yaxın bir ay ərzində səfərin tarixi müəyyənləşəcək”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Məruzəçinin yeni keyfiyyətdə bölgəyə gələcəyini bildirən B. Muradova Dağlıq Qarabağ probleminin ATƏT PA-da mütləq müzakirəyə çıxarılacağını qeyd edib: “ATƏT PA-da müzakirə münaqişənin həlli ilə bağlı tərəflər arasındakı danışıqların səviyyəsindən asılı olacaq. Əks təqdirdə, vasitəçi missiyası daşıyan bir təşkilatda müzakirə xatirinə müzakirə aparılacağını gözləmirəm. Ona görə də məruzənin hazırlanması danışıqların müəyyən bir səviyyəyə çatdırılması ilə əlaqəlidir”. B. Muradova onu da qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ məsələsini qaldırmağı planlaşdırır: “Adətən qış sessiyasında illik məsələlər müzakirə obyekti olur, ATƏT-in quruma üzv olan ölkələrdə həyata keçirəcəyi missiyalarla bağlı məlumatlar hazırlanır. Konkret gündəlik hələlik yoxdur”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR