Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə (NADO EAG) yeni yaradılmış ekspert məsləhətçi qrupunun üzvü seçilib.
Bu barədə apasport.az saytına qurumdan məlumat verilib.
Bildirilib ki, 10 nəfərdən ibarət ekspert məsləhətçi qrupunda Azərbaycan da daxil olmaqla 9 ölkənin (Azərbaycan, Norveç, Peru, İsveç, Tunis, Kanada, Böyük Britaniya, Fransa, Çin) və bir beynəlxalq təşkilatın (İNADO) nümayəndəsi təmsil olunur.
Yeni yaradılan ekspert məsləhətçi qrupunun məqsədi ÜADA-ya bütün Milli Antidopinq Təşkilatlarının qısa və uzunmüddətli inkişaf proqramları üzrə ekspert məsləhət, tövsiyyə və təlimatları verməkdir.
Qeyd edək ki, 2021-ci ildə yeni Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların qüvvəyə minməsi ilə paralel olaraq, Agentliyin özündə də rəhbər, işçi və ekspert qurumları ilə bağlı bəzi struktur dəyişiklikləri edilib. Bu dəyişikliklərdən biri də bəzi məsləhətçi qrupların ekspert qruplarına çevrilməsidir. Dəyişikliklərə əsasən yeni yaradılan qrupların ÜADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının baxdığı məsələlərə ekspert məsləhətləri verməsi təmin edilib.
AMADA-nın direktoru Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə məsləhətçi qrupunun üzvü seçilib
14 yanvar 2021 16:41 (UTC +04:00)
Digər növlər
Dövlət qurumlarının əməkdaşları arasında yarışın qalibləri məlum olub
17:27
22 aprel 2024
Gələn il “Formula 1”in Bakı Qran Prisi sentyabrda olacaq
16:14
12 aprel 2024
Azərbaycanın güləşçisiləri tam tərkibdə "Paris-2024"ə lisenziya qazanıblar
20:30
7 aprel 2024
Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazanıb
18:45
7 aprel 2024