Amerika futbolu ilə məşğul olub, dopinqdə "ilişən" azərbaycanlının adı açıqlanıb

Amerika futbolu ilə məşğul olub, dopinqdə "ilişən" azərbaycanlının adı açıqlanıb
# 26 dekabr 2019 12:43 (UTC +04:00)

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2017-ci illə bağlı hesabatında Azərbaycan hesabına amerika futbolu üzrə qayda pozuntusunun göstərilməsinin səbəbi məlum olub.

Apasport.az saytının məlumatına görə, buna Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli aydınlıq gətirib.

O, ilin yekunları bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu antidopinq qayda pozuntusuna Anar Mirzəzadə yol verib. Türkiyənin Sakarya Universitetində təhsil alan həmyerlimiz Amerika futbolu ilə məşğul olur. Onun sənədlərdə Türkiyə deyil, Azərbaycanı göstərməsi bu qayda pozuntusunun ölkəmizin hesabına yazılması ilə nəticələnib. AMADA-nın rəhbəri bildirib ki, məsələ ilə bağlı WADA-ya müraciət olunub. Bu idmançı qaydalara uyğun 5 preparatdan istifadə edib.

Qeyd edək ki, 2017-ci ilin hesabatında Azərbaycanda 32 antidopinq qayda pozuntusu aşkarlandığı əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR