Avropa Olimpiya Komitəsinin prezidenti ölüb

Avropa Olimpiya Komitəsinin prezidenti ölüb
# 01 iyun 2020 22:44 (UTC +04:00)

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Yanez Koçiyançiç vəfat edib.

Apasport.az saytının məlumatına görə, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən keçmiş iş adamı və siyasətçi Lyublyanada ölüb.

2017-ci ildə EOC-un prezidenti vəzifəsinə təyin olunan 79 yaşlı idman rəsmisinin ölümünə səbəb xərçəng xəstəliyi olub. O, 1991-2014-cü illərdə Sloveniya Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edib.

Qeyd edək ki, Yanez Koçiyançiç ötən il Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR