Azərbaycan fiqurlu konkisürəni “Bavariya Open”də 8-ci olub

Azərbaycan fiqurlu konkisürəni “Bavariya Open”də 8-ci olub
# 09 fevral 2020 13:25 (UTC +04:00)

Almaniyada təşkil olunan fiqurlu konkisürmə üzrə “Bavariya Open” turnirində çıxış edən Azərbaycan təmsilçiləri mübarizəni baş vurublar.

Apasport.az saytının məlumatına görə, qızların yarışında Beverli Vuden, buz üzərində rəqslərdə isə Aleksandra Luqlin və Danila Yudindən ibarət duet gənclər arasında mübarizə aparıblar.

Vuden iki çıxışın cəmində 120,87 xal toplayıb. O, yarışı 19 idmançı arasında 8-ci yerdə başa vurub.

Duetimiz isə 109,80 bala layiq görülüb. Təmsilçilərimiz 18 iştirakçı arasında 13-cü yerlə kifayətləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR