Azərbaycan gimnastı Dünya Yaş Qrupu Yarışının qalibi olub

Azərbaycan gimnastı Dünya Yaş Qrupu Yarışının qalibi olub
# 07 dekabr 2019 15:31 (UTC +04:00)

Azərbaycan gimnastı Aleksey Karataşov batut gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarının çempionu olub.

Apasport.az saytının məlumatına görə, idmançı Yaponiyanın paytaxtı Tokioda keçirilən turnirdə bütün rəqiblərini qabaqlayıb.

O, 11-12 yaşlı gimnastların mübarizəsində 31,500 xal toplayıb. İkinci yeri böyük britaniyalı Baili Forbes tutub - 31,300. Onun komanda yoldaşı Tristan Sinqeli (31,200).

Qeyd edək ki, daha öncə Maqsud Maqsudov və Hüseyn Abbasov gimnastların sinxron yarışında gümüş medal alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR