Azərbaycan idmançılarının qatılacağı dünya çempionatında koronovirus təhlükəsinin olmadığı açıqlanıb

Azərbaycan idmançılarının qatılacağı dünya çempionatında koronovirus təhlükəsinin olmadığı açıqlanıb
# 26 fevral 2020 16:14 (UTC +04:00)

Kanadanın Monreal şəhərində keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, martın 16-22-də təşkil olunacaq yarışda Azərbaycan yığması iki idmançı ilə təmsil olunacaq.

Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında qüvvəsini sınayacaq. Hər iki idmançı martın 2-8-də keçiriləcək gənclərin dünya çempionatında çıxış etdikdən sonra böyüklərin yarışında mübarizə aparacaq.

Beynəlxalq Konkisürmə İttifaqı (İSU) Monrealdakı mundialın koronavirus səbəbindən baş tutmaması ehtimalına da aydınlıq gətirib. Qurumun vitse-prezidenti Aleksandr Lakernik bildirib ki, hazırda turnirin keçirilməsi üçün təhlükə yoxdur: “Koronavirusla bağlı vəziyyət dünya çempionatının Monrealda keçirilməsi üçün hələlik təhlükə kəsb etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR