Azərbaycan idmançılarının qatılmalı olduğu dünya çempionatı ləğv edilib

Azərbaycan idmançılarının qatılmalı olduğu dünya çempionatı ləğv edilib
# 12 mart 2020 10:53 (UTC +04:00)

Azərbaycan fiqurlu konkisürənlərinin iştirakı ilə keçirilməli olan dünya çempionatı ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Konkisürmə İttifaqı (İSU) verib.

Bu addımın atılmasına səbəb koronavirus epidemiyasının yayılma təhlükəsidir. Martın 16-22-də Kanadanın Monreal şəhərində təşkil olunması planlaşdırılan mundial ləğv edilib.

Qeyd edək ki, turnirdə Azərbaycan iki idmançı ilə təmsil olunmalı idi. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışı üçün sifariş edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR