Azərbaycan idmançısı Ukraynada birinci olub

Azərbaycan idmançısı Ukraynada birinci olub
# 20 iyul 2020 16:43 (UTC +04:00)

Azərbaycanın triatlonçusu Rostislav Pevtsov növbəti uğurunu qazanıb.

Triatlon Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançı açıq Ukrayna çempionatının qalibi adına yiyələnib.

O, Olimpiya məsafəsi üzrə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib.

Qeyd edək ki, Pevtsov bir neçə həftə öncə sprint üzrə açıq Ukrayna çempionatında ikinci olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR