Azərbaycan komandası qar polosu üzrə Dünya Kubokunda iştirak edəcək

Azərbaycan komandası qar polosu üzrə Dünya Kubokunda iştirak edəcək
# 23 yanvar 2020 13:34 (UTC +04:00)

Yanvarın 24-də İsveçrənin Sankt-Morits şəhərində qar polosu üzrə Dünya Kuboku start götürəcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək ənənəvi yarışa Azərbaycanın “Land of Fire” komandası da qatılacaq.

Turnirdə təmsilçimizlə yanaşı, “Mazerati”, “Badrutt’s Palace Hotel” və “Grisogono” klubları da mübarizə aparacaqlar.

Dünya Kubokundan öncə - yanvarın 23-də komandalar yoxlama oyunu keçirəcəklər. Ardınca təqdimat mərasimi nəzərdə tutulub.

Turnirin ilk oyununda – yanvarın 24-də Azərbaycan komandası “Badrutt’s Palace Hotel”lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Günün ikinci qarşılaşmasında “Grisogono” “Mazerati”ni sınağa çəkəcək.

Ertəsi gün komandamız “Grisogono” ilə gücünü yoxlayacaq. Yanvarın 26-da isə üçüncülük uğrunda görüş və final matçı keçiriləcək.

Qeyd edək ki, ötən il “Land of Fire” Dünya Kubokunda 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR