Azərbaycan millisi dünya çempionatına 4 idmançı ilə gedəcək

Azərbaycan millisi dünya çempionatına 4 idmançı ilə gedəcək
  • Clock-gray 10:36
  • calendar-gray 22 Fevral 2020

Estoniyanın paytaxtı Tallində keçiriləcək fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması martın 2-8-də baş tutacaq yarışda 4 idmançı ilə təmsil olunacaq.

Vladimir Litvintsev oğlanların, Yekaterina Ryabova isə qızların mübarizəsində qüvvəsini sınayacaq. Buz üzərində rəqslərdə isə ölkəmizi duet təmsil edəcək. Yuliya Əliyeva ilə Artur Biktimirov bacarıqlarını göstərəcək.

Qeyd edək ki, qızların yarışında daha bir idmançımız – Beverli Vuden ehtiyat iştirakçı kimi sifariş olunub. Y.Ryabova yarışa qatıla bilməsə, onu digər milliləşən legioner əvəz edəcək.

ApaSport

Digər xəbərlər