Azərbaycan millisinin qatılacağı Avropa çempionatı yenidən təxirə salına bilər

Azərbaycan millisinin qatılacağı Avropa çempionatı yenidən təxirə salına bilər
# 04 may 2020 16:12 (UTC +04:00)

Avropa Üzgüçülük Liqası (LEN) su idman növləri üzrə qitə çempionatını yenidən təxirə salmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bunu Ümumdünya Üzgüçülük Federasiyasının prezidenti Vladimir Salnikov açıqlayıb.

O bildirib ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunması nəzərdə tutulan yarış koronavirus pandemiyası üzündən başqa vaxta keçiriləcək. Öncədən mayın 11-24-də baş tutmalı olan çempionat avqustun 17-30-na planlaşdırılsa da, təşkil edilməsi bu tarixdə də mümkün olmayacaq.

Qeyd edək ki, Avropa çempionatına Azərbaycan yığması da qatılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR