Azərbaycanda çıxış edən əcnəbi idmançılar ölkəmizi təbrik edib: “10 noyabr – Zəfər günümüz!”

Azərbaycanda çıxış edən əcnəbi idmançılar ölkəmizi təbrik edib: “10 noyabr – Zəfər günümüz!”
  • Clock-gray 10:39
  • calendar-gray 10 Noyabr 2020

Azərbaycan Silahlı Qüvvələrinin tarixi zəfər sevincinə idman ictimaiyyəti də şərik olub.

Apasport.az saytının məlumatına görə, müxtəlif növlərdə ölkəmizin şərəfini qoruyan idmançılar sosial şəbəkədəki səhifələrini qələbə fotoları ilə bəzəyiblər.

Buna sevincə karyerasını ölkəmizdə davam etdirən legionerlər də qoşulublar. “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero “10 noyabr – Zəfər günümüz!” yazılan şəkillə sevincimizə şərik olub. “Neftçi”nin braziliyalı oyunçusu Tallison Diaz işğal altında olan torpaqların geri alındığını əks etdirən xəritəni paylaşıb.

Həmçinin milliləşdirilmiş braziliyalı futbolçu Riçard Almeyda və kubalı boksçu Lorenzo Sotomayor da instaqram səhifəsindəki paylaşımı ilə sevincini bildiriblər.



ApaSport

Digər xəbərlər