Belçika Qran-Prisi ləğv edilə bilər

Belçika Qran-Prisi ləğv edilə bilər
# 17 aprel 2020 23:15 (UTC +04:00)

“Formula-1” üzrə dünya çempionatının avqustun 30-da keçiriləcək Belçika Qran-Prisi koronavirus pandemiyası üzündən ləğv edilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu yarışın baş promouteri Vanessa Meys açıqlayıb.

O, “Belga” agentliyinə açıqlamasında ölkədəki karantinin uzadılmasının yarışa təsirindən danışıb: “Biz hadisələrin istənilən variantda axarını istisna etmirik. Yarış təxirə də salına bilər, azarkeşsiz də keçirilə bilər, hətta ümumiyyətlə ləğv olunması mümkündür. Heç kim 4 ay yarımdan sonra necə olacağını deyə bilməz. Bizim mütləq prioritetimiz belçikalıların və “Spa-Frankorşam”a gələcək azarkeşlərin sağlamlığıdır”.

Qeyd edək ki, artıq 2 mərhələ ləğv olunub, 7 yarış, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR