Belçikada koronavirusla bağlı qadağadan sonra keçirilən ilk yarışda faciə baş verib

Belçikada koronavirusla bağlı qadağadan sonra keçirilən ilk yarışda faciə baş verib
# 06 iyul 2020 11:42 (UTC +04:00)

Belçikada koronavirusla bağlı qadağadan sonra keçirilən ilk yarış faciə ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, mövsümün rəsmi bərpası ərəfəsindəki hazırlıq xarakterli velosiped yürüşü ölümlə yekunlaşıb.

20 yaşlı Nils de Vriendt şose yürüşü zamanı dünyasını dəyişib. Hadisə Vortegem-Petegem şəhərində baş verib.

Həvəskarlardan ibarət “VDM-Van Durm-Mixels-Travobohет” klubunun üzvü olan velosipedçi huşunu itirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, idmançı vəfat edib. Buna ürək çatışmazlığı səbəb olub.

Qeyd edək ki, yarış finişə 13 km qalmış dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR