Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana təqdim edilib

Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana təqdim edilib
# 02 dekabr 2019 12:41 (UTC +04:00)

Yaponiyanın paytaxtı Tokioda batut gimnastikası üzrə dünya çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanı mundialda Ruslan Ağamirov, İlya Qrişunin və Oleq Piunov təmsil edib.

Gimnastlar ən yaxşı nəticəni sinxron proqramda göstəriblər. Ağamirov və Qrişunin cütlüyü 34 komanda arasında 18-ci tutub.

Çempionatın həm açılış, həm də bağlanış mərasimi Azərbaycan üçün əlamətdar olub. Startda ölkəmizi yarışda hakimlər arasında təmsil edən Kamil Quliyev mundialın referiləri adından and içib.

Bağlanış mərasimində isə Beynəlxalq Gimnastika Federasiyasının bayrağı növbəti dünya çempionatı üçün Azərbaycana təqdim edilib. Bayrağı Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov və Azərbaycan Gimnastika Federasiyasının batut gimnastikası üzrə idman meneceri Fatimə Şəfizadə təhvil alıb.

Batut gimnastikası üzrə dünya çempionatına 2021-ci ildə Azərbaycan ev sahibliyi edəcək. Noyabrın 11-14-də batut gimnastikası üzrə mundail, ayın 19-22-də isə bu növ üzrə Dünya Yaş Qrupu Yarışları təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR