Bilal Ərdoğan: “İstəyirik ki, çövkəni də öz idmanımız kimi tanıdaq”

Bilal Ərdoğan: “İstəyirik ki, çövkəni də öz idmanımız kimi tanıdaq”
# 24 dekabr 2019 13:12 (UTC +04:00)

"Bu gün Bakıda olmağımızın səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə keçirilən Prezident Kubokudur. Bu yarış yeddinci dəfədir təşkil olunur".

Apasport.az saytının məlumatına görə, bunu Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib.

Bakıda səfərdə olan konfederasiya rəhbəri Binə Atçılıq Mərkəzində çövkən üzrə Prezident Kubokunun final mərhələsinin gedişində jurnalistlərə açıqlamasında bildirib ki, ölkəmizə Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəvəti ilə gəlib: "Oktyabrda keçirilən görüşdə Etnosport Mədəniyyət Festivalında Qarabağ atlarını nümayiş etdirdik. Federasiyanızın rəsmiləri həmin vaxt məni bu yarışa dəvət etdi".

O qeyd edib ki, rəhbərlik etdiyi konfederasiya ənənəvi idman növlərinə daim dəstək verir: "Bundan öncə Gədəbəydə Milli Yaylaq Festivalında da iştirak etmişdik. Bütün türk dünyasının ənənəvi idman növlərinə dəstək veririk".

B. Ərdoğan bildirib ki, türk xalqlarının öz mədəniyyətinə sahib çıxması lazımdır: "Azərbaycanın da Dünya Etnospor Konfederasiyasına üzv olması üçün çalışırıq. 12 ölkə konfederasiyanın üzvüdür. Azərbaycan fevralda Antalyada keçirilən forumumuza dəvət ediləcək. Orada 60-ya yaxın ölkədən nümayəndə iştirak edəcək. Çövkəni Türkiyədə də tanıtmaq istəyirik. Çövkən Anadoluda unudulmuş idman növüdür. Amma biz istəyirik ki, güləş kimi çövkənə də yer verək, öz idmanımız kimi tanıdaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR