Bülent Özərdim: “Azərbaycan Qran-prisinə biletlərin 81 faizini xarici ölkə vətəndaşları alıb”

Bülent Özərdim: “Azərbaycan Qran-prisinə biletlərin 81 faizini xarici ölkə vətəndaşları alıb”
  • Clock-gray 11:47
  • calendar-gray 15 Yanvar 2020

"Titul sponsorluğu ilə bağlı danışıqlar davam edir. İki ay ərzində hər şey dəqiqləşəcək". 

Apasport.az saytının məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.  

O, Azərbaycan Qran-prisinə hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib ki, əsas hədəfləri tamaşaçı sayını artırmaqdır: "Endirimli bilet satışı bitir. Hələlik Azərbaycandan bilet alışı çox deyil. Bu günə kimi, satılan biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz  azarkeş sayını artırmaq olduğundan tribunalarda da dəyişikliklərin olmasını planlaşdırırıq". 

Onun sözlərinə görə, iyunun 5-7-də  keçiriləcək Azərbaycan Qran-prisinə daha çox ölkədən qonaq gələcək: "Əgər əvvəlki yarışlarımızda qonşu ölkələrin azarkeşləri üstünlük təşkil edirdisə, artıq say artıb. Məsələn, bu gün bilet alışında İngiltərə, Almaniya, Niderland, Avstriya kimi ölkələr ön sıradadır. Əgər ötən il baş tutan Qran-priyə 80 ölkədən qonaq gəlmişdisə, bu dəfə daha çox olacaq".

ApaSport

Digər xəbərlər