Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO

Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO
  • Clock-gray 13:54
  • calendar-gray 24 Dekabr 2019

Çövkən üzrə Prezident Kubokuna bu gün yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən yarışın açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general polkovnik Elçin Quliyev yeddinci dəfə keçirilən ənənəvi turnirin ölkə prezidenti İlham Əliyevin ad gününə həsr olunduğunu bildirib.

O qeyd edib ki, yarış artıq beynəlxalq aləmə də səs salıb, Prezident Kubokunun finalını izləmək üçün Dünya Etnospor Konfederasiyasının prezidenti, türkiyəli Bilal Ərdoğan da ölkəmizə gəlib.

Açılışda çıxış edən B. Ərdoğan yarışın maraqla qarşılandığını və gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb. Təşkilatçılara təşəkkürünü bildirən türkiyəli qonaq ölkə Prezidenti İlham Əliyevi təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərindən söz açıb.

Daha sonra Mədəniyyət naziri Əbülfəz Qarayev çıxış edib. Nazir yarışın ilk mərhələsinin UNESCO-nun mədəni irsinə daxil olan Şəkidə keçirildiyini, yarımfinal və final oyunlarının Bakıda təşkil olunduğunu diqqətə çatdırıb.

Bundan sonra yarışda üçüncü yer uğrunda matçın startı verilib. Bürünc medallar uğrunda matçda “Polad” və “Sərhədçi” üz-üzə gəlib. Görüşdə birincilər 5:0 hesabı ilə rəqibini məğlub ediblər. Yarışın ötənilki qalibi “Sərhədçi” turniri dördüncü pillədə başa vurub.

Mükafat fondu 50 min manat olan turnirin finalında isə “Buta Qolden” və “Omar” komandaları qarşılaşıb. Çoxsaylı azarkeşin izlədiyi həlledici qarşılaşmada 3 qol vurulub. İlk hissədə 1:0 hesabı ilə üstün olan "Omar" ikinci yarıda da inamlı təsir bağışlayıb. Yekunda 3:0 hesabı ilə qələbə qazanan "Omar" Prezidenti Kubokuna sahib olub.

Turnirin yekununda Prezident Kubokunun medalçılarının mükafatlandırma mərasimi olub. Qalib "Omar", gümüş medalçı "Buta Golden" və üçüncü yerin sahibi "Polad" komandalarını Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan və Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təltif edib.

Komandalara medallar və xüsusi kuboklar verilib.

E. Quliyev yarışa gəldiyi üçün B. Ərdoğana da təşəkkür edib və ona xüsusi hədiyyə verib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi təşkil olunan Prezident Kubokunda 12 komanda 4 qrupda mübarizə aparıb. Qrup mərhələsi və 1/4 final görüşləri Şəki Milli Atüstü Oyunlar Mərkəzində keçirilib. Yarımfinal görüşlərinə, həmçinin həlledici oyunlara isə Binə Atçılıq Mərkəzi ev sahibliyi edib.

FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO"> FOTO" data-description="gallery" alt="Çövkən üzrə Prezident Kuboku başa çatıb - FOTO">
apa-logo-mini

Digər xəbərlər

Arxiv

date