“Formula-1” 386 milyon dollar ziyana düşüb

“Formula-1” 386 milyon dollar ziyana düşüb
# 27 fevral 2021 11:48 (UTC +04:00)

“Formula-1” 2020-ci ilin maliyyə hesabatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasının tüğyan etdiyi il yarışa böyük ziyan vurub.

“Formula-1” il ərzində 386 milyon dollar zərər çəkib. Gəlirlər 44 faiz azalıb.

2019-cu ildə gəlirləri 2 milyard təşkil edən yarış ötən il 1,1 milyardla kifayətlənib. Komandaların mükafat fondu 1 milyarddan 711 milyona enib.

“Formula-1”in ziyana düşməsinin səbəbi koronavirus səbəbindən bəzi mərhələlərin keçirilməməsi və tamaşaçıların yarışa buraxılmamasıdır. Əvəzində teleyayımdan gələn gəlir 2 qat artsa da, ziyanı tam bağlaya bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR